"Barselona"nın hücumçusu Lionel Messi bu gün komandasının məşqinə qatılıb. SİA-nın məlumatına görə, Argentina millisinin düşərgəsində zədə alan 29 yaşlı hücumçu dünən İspaniyaya qayıdıb, bugün isə hazırlıqda iştirak edib. O, məşq zamanı fərdi qaydada çalışıb. Argentinalı oyunçunun zədəsinin ciddi olmadığı bildirilir.
Qeyd edək ki, sentyabrın 10-da, La Liqanın 3-cü turunda "Barselona" "Alaves"i qəbul edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB