Deyəsən UEFA Çempionlar Liqasının yarımfinalında əzəli rəqibləri olan \"Barselona\"ya uduzmaq \"Real\"dakı hər kəsə olduqca pis təsir bağışlayıb. Siasport.az saytı xəbər verir ki, oyundan sonra \"Barselona\" haqqında, necə deyərlər \"gözlərini yumub ağzını açan\" kral klubunun baş məqşçisi Joze Maurinyo, yəqin ki, susmağı özünə qadağan edib. Məsələ burasındadır ki, oyundan sonra keçirilən mətbuat konfransında əzəli rəqiblərini o ki var \"sürüyən\" portuqaliyalı mütəxəssis, hətta hakimlərin katalon klubu tərəfindən ələ alındığını da iddia etmişdi. Bunun qarşılığında isə \"Barselona\" J.Maurinyodan UEFA-ya şikayət edəcəyini açıqlamışdı. Amma sən demə bu da J.Maurinyonu qorxutmurmuş. O indi də iddia edir ki, \"Barselona\" YUNİSEF-in kölgəsinə sığınıb özünə qələbələr qazandırır və hakimlərin katalon klubuna simpatiya bəsləmələrinin arxasında gizli məqamlar dayanır: \"Ola bilsin ki, onların UEFA-da da güclü dostları var. Hətta mən qorxumdan bir sıra məsələləri açıqlayıb deyə bilmirəm. Onlar məni məhv edərlər. Bunlar sanki mafiyadırlar. Görünən fakt budur\", -deyə J.Maurinyo fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB