Azərbaycanın ən güclü boksçularının mübarizə aparacağı yarış mayın 8-də başlayacaq. Siasport.az saytı xəbər verir ki, "ən güclülərin seçmə yarışı" adlanan turnirdə hər çəki dərəcəsində 4 idmançı çıxış edəcək. Bakı İdman Sarayında təşkil olunacaq turnirdə WSB liqasında "Baku Fires" klubunun heyətində yarışmış yerli dəri əlcək ustaları da gücünü sınayacaq. Yalnız iki boksçu - Soltan Migitinov və Məhəmmədrəsul Məcidov London Olimpiadasına lisenziya uğrunda döyüşə hazırlaşdıqlarından rinqə çıxmayacaqlar. Yarışın keçirilməsində əsas məqsəd milli komandanın heyətini müəyyənləşdirməkdir.
Qeyd edək ki, milli komandamız iyunda Ankarada keçiriləcək Avropa çempionatında iştirak edəcək. 40 boksçunun mübarizə aparacağı turnirin final döyüşləri mayın 10-u saat 12-də başlayacaq. Həmin gün axşam saatlarında isə eyni məkanda - Bakı İdman Sarayında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında ənənəvi yarış start götürəcək
Xatırladaq ki, London Olimpiadasına lisenziya verən dünya çempionatı bu ilin sentyabrında Bakıda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB