Jurnalistlər arasında şahmat turniri keçirilir FOTOLAR

Jurnalistlər arasında şahmat turniri keçirilir FOTOLAR

Bakı Şahmat Olimpiadasını işıqlandıran jurnalistlər arasında şahmat turniri keçirilir. SİA-nın məlumatına görə, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi tərəfindən təşkil olunan yarışda Azərbaycan, Rusiya, Macarıstan və digər ölkələrin jurnalistləri iştirak edirlər. Turnir dairəvi sistem üzrə keçirilir. Yarışın baş hakimi beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadədir. Turnirin qaliblərinə Bakı Şahmat Olimpiadasının diplomları və hədiyyələr təqdim olunacaq.

Xatırladaq ki, Bakı Şahmat Olimpiadasını işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrindən 300-ə yaxın media nüayəndəsi qeydiyyatdan keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə