Azərbaycan əlavə Paralimpiya lisenziyalarından rəsmən imtina etdi

Azərbaycan əlavə Paralimpiya lisenziyalarından rəsmən imtina etdi

İdman Arbitraj Məhkəməsinin çıxardığı qərara əsasən Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rusiyalı paralimpiyaçıların lisenziyalarının əllərindən alınaraq digər ölkələrə paylanılması və Azərbaycana da 3 lisenziyanın təqdim edilməsi Azərbaycan Paralimpiya Komitəsi tərəfindən verilmiş, Gənclər və İdman Nazirliyi tərəfindən bir müddət bundan öncə elan olunan qərara əsasən müsbət qarşılanmayıb və lisenziyaılar qəbul edilməyib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Paralimpiya oyunlarının bu gün başlanması, rusiyalı paralimpiyaçıların bu oyunlara buraxılmaması qərarının dəyişməz qalmasını nəzər alsaq, Azərbaycan tərəfi rəsmən əlavə 3 lisenziyadan imtina etmiş və paralimpiyaçılarımızın özlərinin qazandıqları lisenziyalar əsasında olimpiya oyunlarına qatılmış olur.

Xatırladaq ki, Rio-2016 Paralimpiya Oyunlarına 24 paralimpiyaçımız, 6 idman növündə ümumilikdə 41 lisenziya qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə