İngiltərənin \"Mançester Yunayted\" futbol klubunun forvardı və \"vuran əli\" sayılan Runi, hələ yanvar ayında klubdan ayrılmaq istəməsinin xəta olduğunu etiraf edib. Siasport.az saytı xəbər verir ki, ingilis ulduz futbolçu \"The Quardian\" dərgisinə açıqlamasında vurğulayıb ki, yanvardakı qərarına indi dönüb baxanda nə qədər yanlış qərar verdiyini yaxşı anlayır: \"Mən azarkeşlərdən də üzr istəyirəm. Bu açıqlama ilə onları üzmüşdüm. Əslində bu fikir bir sıra subyektiv amillərdən dolayı yaranmışdı. \"Manşester Yunayted\" mənim doğma evimdir\", -deyə futbolçu fikrini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB