Alvaro Morata: "Corconun qırmızı vərəqə aldığını eşidəndə çox sevindim"
İspaniya yığmasının hücumçusu Alvaro Morata DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən İsrail-İtaliya matçında qonaqların müdafiəçisi Corco Kyelininin qırmızı vərəqə alması haqda danışıb. SİA-nın məlumatına görə, Morata eks komanda yoldaşının meydandan uzaqlaşdırılmasına sevinib. Belə ki, müdafiəçi oktyabrın 6-sı keçiriləcək İspaniya ilə oyunu buraxmalı olacaq: "Düzünü desəm, paltardəyişmə otağında Corconun qırmızı vərəqə aldığını eşidəndə çox sevindim. Buna baxmayaraq, mən ona gələcək karyerasında uğurlar arzulayıram. "Juventus"da çıxış edərkən dəyərli məsləhətlər verərək mənə hər zaman dəstək olurdu. Ayaqlarım ona qırmızı vərəqə aldığına görə təşəkkür edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB