Azərbaycan Almaniya, Macarıstan və Belarusla oynayacaq

Azərbaycan Almaniya, Macarıstan və Belarusla oynayacaq

2012-ci ildə Hollandiyada keçiriləcək həndbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində qadınlardan ibarət milli yığmamızın rəqibləri müəyyən olunub. "A" qrupunda Azərbaycan millisinin rəqibləri Almaniya, Macarıstan və Belarus yığmaları olacaq. Oktyabrın 19-20-də Macarıstan-Azərbaycan, oktyabrın 22-23-də Azərbaycan-Almaniya, martın 21-22-də (ikinci dövrə, 2012-ci il) Azərbaycan-Belarus, martın 24-25-də Belarus-Azərbaycan, martın 30-31-də Azərbaycan-Macarıstan, iyunun 2-3-də Azərbaycan-Almaniya görüşləri keçiriləcək. Avropa çempionatının dekabrın 2-16-da Hollandiyada keçiriləcək final mərhələsinə öz qruplarında ilk iki yeri tutmuş komandalar vəsiqə qazanacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə