Keçən gecə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində "Santyaqo Bernabeu"də qarşılaşan "Barselona" və "Real Madrid" futbol klubları arasındakı gərginlik, artıq UEFA-ya qədər gedib çıxıb. Siasport.az saytı xəbər verir ki, katalon klubu yaşıl meydanda yaşanan gərginlikdən sonra keçirilən mətbuat konfransında "Real"ın baş məşqçisi Joze Maurinyonun "Barselona" haqqında səsləndirdiyi xoşagəlməz fikirlərdən narahatlığını bildirib və portuqaliyalı futbol mütəxəssisindən UEFA Nizam - İntizam Komitəsinə şikayət etmək haqda düşünür. Katalon klubunun rəsmi saytında yerləşdirilən məlumatda deyilir ki, J.Maurinyo qarşlaşmanın almaniyalı hakiminin "Barselona" tərəfindən satın alınması barədə reallığı əks etdirməyən fikirlər səsləndirib ki, bu da çox ağır bir ittihamdır. Artıq demək olar ki, "Real"-"Barselona" qarşıdurması yaşıl meydanlardan sonra məhkəmə salonlarında davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB