Nihat Kahveçi: \"Bir daha Türkiyədə futbol oynamayacam\"

Nihat Kahveçi: \"Bir daha Türkiyədə futbol oynamayacam\"

İstanbulun \"Beşiktaş\" futbol klubunun ulduz futbolçusu Nihat Kahveçi bir daha Türkiyədə futbol oynamayacağını dilə gətirib. Siasport.az saytı xəbər verir ki, son səfər qarşılaşmasında komanda yoldaşı portuqaliyalı Quaresma ilə meydanda kəllə-kəlləyə gələn və oyundan sonra isə stadionun ətrafında jurnalisti təhqir edən N.Kahveçi, artıq İstanbul klubu ilə yollarını ayırmaqda israrlıdır. Jurnalistlərə dünən açıqlama verən futbolçu, yaşanan hadisələrdən ötrü narahatlıq keçirdiyini və hər kəsdən üzr istədiyini bəyan edib. \"NTVspor\" kanalına müsahibə verən N.Kahveçi bildirib ki, bir daha Türkiyədə futbol oynamayacaq və əgər İstanbul klubunun rəhbərliyi mövsümün sonunda onunla yolları ayırmaq istəsə və qarşılıqlı olaraq müqaviləni pozmaq istəsə, o buna etiraz etməyəcək. \"Beşiktaş\"ın rəhbərlərindən biri Sərdar Adalı isə bildirib ki, futbolçunun meneceri də N.Kahveçinin onların klubunda oynamaqdan məmnun olmadığını dilə gətirib. 

Bütün xəbərlər Facebook səhifəmizdə