Azərbaycan taekvandoçuları Cənubi Koreya Respublikasında artıq məşqlərə başlayıblar-FOTOSESSİYA
Dünya çempionatına son hazırlıqları başa vurmaq üçün aprelin 12-də Cənubi Koreya Respublikasının Dequ şəhərinə yollanan taekvando üzrə Azərbaycanın kişi və qadınlardan ibarət seçmə komandası artıq yarışın keçiriləcəyi Gyondju şəhərindədir. Bu barədə siasport.az saytına Azərbaycan Taekvondo Federasiayasının mətbuat xidmətinin rəhbəri Sənan Məhərrəmov Cənubi Koreya Respublikasından məlumat verib. Məlumata görə, idmançlarımız Dequda, taekvondo üzrə ixtisaslaşan və bu sahədə olkənin məşhur ali məktəblərindən sayılan "Keimyunq" universitetinin yetirmələri və Belçika, Seneqal, eləcə də Vyetnam milli komandalarının üzvləri ilə birgə təlim-məşqlər və yoxlama döyüşlərində iştirak ediblər.
Aprelin 27-dən "Kommador" otelində məskunlaşan taekvondoçularımız yarışadək hər gün çempionatın təşkil ediləcəyi Gyondju şəhər gimnaziyasının idman zalında sərbəst məşqlə kifayətlənəcəklər. Kişilərdən ibarət milli komandamızın baş məşqçisi, respublikanın əməkdar məşqçisi Ələkbər İmaməliyev taekvondoçularımızıda yüksək mübarizə ruhunun olduğunu bildirib. Lakin qadınlardan ibarət komandada itki var. Yarışqabağı son məşqlərdə Vonkyunq Kimin diz bağlarının qopması, Cənubi Koreyalı legionerin dünya çempionatında mübarizəsinə imkan verməyib.
Aprelin 29-da yerli vaxtla saat 14-dən 18-dək mötəbər yarışın püşkatması keçiriləcək. Sabah həmçinin taekvondo üzrə Elmi Simpozium təşkil ediləcək. Aprelin 27-də başlayan hakimlərin seminarı ayın29-da başa çatacaq. Dünya Taekvondo Federasiyasının Baş Assamblyesı isə aprelin 30-na təyin edilib.
Qeyd edək ki, mayın 1-6 tarixlərində təşkil ediləcək dünya çempionatına rekord sayda, 149 ölkədən 1050-dək idmançı qatılacaq. Bu və digər səbəblərdən yarışa diqqət çox böyükdür və təşkilati işlər yüksək səviyyədə aparılır. Hər yarış günü bir qadın və bir kişi idmançının nəticəsi məlum olacaq. Seçmə komandamız mayın 8-də vətənə dönəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB