"Bakı olimpiadasından çox razıyam. Təşkilatçılar hər bir nüansı düşünüblər. Yarışlarda hər kəs öz işini yüksək peşəkarlıqla yerinə yetirir". Bunu SİA-ya açıqlamasında qadın şahmatçılardan ibarət Kosta-Rika milli komandasının üzvü Mariya Heysel deyib.
O, Bakı Şahmat Olimpiadasında nizam-intizam qaydalarına riayyət olunmasının şahmatçıların fikrini cəmləşdirməsinə kömək olduğunu qeyd edib. Şahmatçı Bakı haqqında da fikirlərini bildirib: "Bakı məndə xoş təəssüratlar yaratdı. Ölkənizə yenidən qayıdıb görmədiyim məkanlara baş çəkmək istərdim. "Baku Crystal Hall" isə möhtəşəmdir. Xəzər dənizi ilə çox gözəl ahəngdarlıq təşkil edir. Olimpiadanın bu məkanda təşkili çox həyəcanvericidir".
M.Heysel sonda komandasının çıxışını dəyərləndirib: "Dünən Bolqarıstan yığması ilə qarşılaşdıq. Görüş çətin keçdi. Biz bütün oyunları uduzduq. Ancaq hələ qarşıda oyunlarımız var. Bütün gücümüzlə mübarizəni davam etdirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB