"Bütün ailəmizlə Bakıya gəlmişik. Həyat yoldaşım Banqladeşin şahmat üzrə milli komandasının üzvüdür. Hazırda o, Bakı Şahmat Olimpiadasında mübarizə aparır". Bunu SİA-ya açıqlamasında banqladeşli qonaq Tasmin Sulatana deyib.
O qeyd edib ki, 42 Ümumdünya Şahmat Olimpiadası Bakıda yüksək səviyyədə təşkil olunub: "Yarışlar sakit şəkildə davam edir. Oyunlara heç bir müdaxilə edilmir. Təşkilatçılıq işləri isə qüsursuzdur. Övladlarımla Bakını gəzməyə çıxdıq. Şəhər çox gözəldir. Buranın insanları qonaqlara qarşı istiqanlıdır. Azərbaycanı çox bəyəndim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB