Leonel Messi \"Real\"ın və Maurinyonun \"kitabını bağladı\"

Leonel Messi \"Real\"ın və Maurinyonun \"kitabını bağladı\"

Artıq tam əminliklə demək olar ki, İspaniyanın \"Real Madrid\" futbol klubu bu mövsümdə UEFA Çempionlar Liqasına əlvida deyə bilər. Siasport.az saytı xəbər verir ki, buna səbəb dünən axşam \"Santyaqo Bernabeo\" stadionunda əzəli rəqibi olan digər bir ispan təmsilçisi \"Barselona\"nı qəbul edən kral klubunun 0:2 hesabı ilə məglub olmasıdır. Çünki \"Real\"ın \"Noukamp\"da keçiriləcək cavab qarşılaşmasında \"Barselona\"nın qapısından 3 cavabsız top keçirəcəyi və öz qapısını toxunulmaz saxlayacağı hec cürə ağlabatan deyil. Dünənki qarşılaşmada \"Real\"ın nümayiş etdirdiyi futbol da göstərdi ki, o əzəli rəqibini yenəcək gücdə deyil. Oyuna gəlincə onu demək olar ki, qarşılaşma əzəli rəqiblərin əsəb gərginliyi ilə müşayət olunub. Məsələ burasındadır ki, hər iki tərəf qol vura bilmədiklərinə görə, gücü əsəbə veriblər. Bu əsəb dramı onuna nəticələnib ki, oyunun 61-ci dəqiqəsində Pepe, daha sonra isə baş məşqçi Joze Maurinyo qırmızı vərəqə alaraq biri meydandan, o birisi isə texniki zonadan qovulublar. Oyunun 67-ci dəqiqəsində Leonel Messi əfsanəsi işə düşüb. Argentinalı ulduz 67-ci və 87-ci dəqiqələrdə \"Barselona\"nın əzəli rəqibinə 2 qol vuraraq \"Real\"a heç ümid yeri də qoymayıb. İndi belə görünür ki, \"Real\" gələn ilki planları ilə məşğul olsa daha faydalı olar.

Bütün xəbərlər Facebook səhifəmizdə