Cəzaçəkmə müəssisəsində turnirlər keçirilib FOTOLAR

Cəzaçəkmə müəssisəsində turnirlər keçirilib FOTOLAR

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq Penitensiar xidmətin 10 saylı Cəzaçəkmə müəssisəsində dama və şahmat turnirləri keçirilib. SİA-nın məlumatına görə, olimpiya sistemi üzrə keçirilən turnirlərdə dama üzrə I yeri Emanuel Odeks , II yeri Elməddin Quliyev , III yeri Viktor Fon-pernes, şahmat üzrə I yeri Lenavi Dukaşvili, II yeri Namiq Xanəliyev, III yeri Mehrac Sərbaz tutub.
Tədbirin rəsmi bağlanış mərasimində Penitensiar xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovniki Eyvaz Əsgərov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşları Salman Əbdülov, Tahir Tahirov, Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin böyük inspektoru, ədliyyə kapitanı Ramin Osmanov, 10 saylı Cəzaçəkmə Müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik-leytenantı Vüsal Mahmudov iştirak ediblər. Natiqlər öz çıxışlarında keçirilən tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində böyük rol oynadığını vurğulayıblar.
Sonda qalib şəxslər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə