"Baku Fires" boks klubu WSB liqasının yarımfinalında "Paris United"ə məğlub olduqdan sonra bu qurumun Nizam-İntizam Komitəsinə protest vermişdi. Siasport.az saytı xəbər verir ki, komandamız Bakıda rəqibini 4:1 hesabı ilə məğlub etsə də, səfərdə fransızlara quru hesabla uduzaraq, yarışdan kənarda qalmışdı. Ancaq "Paris United"in qalibiyyətində hakimlərin də "rolu" olmuşdu. Belə ki, 85 kq çəki dərəcəsində mübarizə aparan Rizvan Əlimuradov Hrvoje Sepi məğlub etsə də, iki avropalı hakim 48-47 hesabı ilə xorvatiyalı boksçunun qələbəsini qeydə almışdı. Halbuki argentinalı referi 50:45 hesabı ilə həmyerlimizin qalibiyyət əldə etdiyini bildirmişdi. Bundan başqa, Soltan Migitinovun Mişel Tavareslə döyüşünə də protest verilib. WSB liqasının Nizam-İntizam Komitəsi etiraza bir neçə gün bundan öncə baxsa da, yalnız indi "Baku Fires"ə cavab verilib. Cavabda Fransadakı qarşılaşmada hakimlərin obyektiv qərarlar qəbul etdiyi, hər hansı pozuntunun olmadığı vurğulanıb. Beləliklə, Nizam-İntizam Komitəsi "Baku Fires"in etirazını haqsız sayıb. Ancaq "Baku Fires" rəhbərliyi komandamızın finalda mübarizə aparmalı olduğunu düşünür və bu qərarı ədalətsizlik kimi qiymətləndirir: "Hər kəs Bakıda keçirdiyimiz döyüşdə də gördü ki, biz fransızlardan güclüyük. Təəssüf ki, Parisdə hakimlərin uğursuzluğu ilə üzləşdik. Amma həyat davam edir. İki boksçumuz Olimpiadaya lisenziya uğrunda döyüşəcək. Onların qələbə qazanacağına ümid edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB