Fatih Terim: "Jestə görə Çaçiçə minnətdarlığımı bildirirəm"

Fatih Terim: "Jestə görə Çaçiçə minnətdarlığımı bildirirəm"

DÇ-2018 Seçmə mərhələsi çərçivəsində H qrupunda mübarizə aparan Türkiyə yığması Xorvatiya səfərindən 1 xalla ayrılmağı bacarıb. SİA-nın məlumatına görə, "ay-ulduzlular"ın çalışdırıcısı Fatih Terim məğlub olmadıqları üçün məmnun olduğunu söyləyib: "Futbolçularımı təbrik edirəm. Xorvatiya qrupumuzun favoriti və hörmət tələb edən komandadır. Heyətdəki əksiklərə baxmayaraq Xorvatiyaya uduzsaydıq belə komandamı apardığı mübarizədən dolayı təbrik edəcəkdim. Komanda olaraq 112 km məsafə qət etmişik. Oynamayan və çox az oynayan futbolçularla meydanda idik. Ona görə də uduzmadığımız üçün məmnunam. Qrupdakı digər matçların da 1:1 hesabı ilə bitməsi bizim lehimizədir. Hər şeyi Ukrayna və İslandiya ilə matçlar həll edəcək".

63 yaşlı çalışdırcı xorvat həmkarının jestini də qiymətləndirib: "Çaçiçə təşəkkür edirəm. Dünən mətbuat konfransında doğum günümü təbrik etmişdi, amma bu gün kənara gələrək arxasına Terim yazılmış 9 nömrəli Xorvatiya formasını mənə hədiyyə etdi. Bu jestə görə ona minnətdarlığımı bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə