Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyun günündə bütün dünyanın gözlədiyi növbəti "El Klassiko" baş tutub. Siasport.az saytı xəbər verir ki, Çempionlar Liqasında da üz-üzə gələn əzəli rəqiblərin bu, 18 gün içində gerçəkləşən III dueli olub. Sonuncu dəfə İspaniya Kubokunda qarşılaşan "Barselona" - "Real Madrid" matçında madridlilər minimal hesabla qalib gəlmişdi. Bu görüşdə də hansınısa favorit göstərmək çox çətin idi.
Matçın ilk hissəsində hesab açılmayıb. Qarşılıqlı hücumlarla keçən görüşün 61-ci dəqiqəsində meydan sahiblərinin oyunçusu Pepe meydandan qovulub. Pepe meydandan çıxdıqdan az sonra qonaqlar hesabı açıblar. 67-ci dəqiqədə komanda yoldaşından qapı qarşısına ideal ötürmə alan Messi komandasının ilk qolunu vurub. Bu qoldan sonra madridlilər daha da zəif çıxış etməyə başlayıblar. Katalonların hücumlarının ardı-arası kəsilməyib və 87-ci dəqiqədə Messi fərdi ustalığı sayəsində 4 müdafiəçinin arasından çıxaraq, özünün və komandasının ikinci qolunu vurub. Matç 0:2 hesabıyla katalonların qələbəsi ilə başa çatıb.

Çempionlar Liqası
Yarımfinal
İlk oyun
26 aprel
"Şalke" - "Mançester Yunayted" 0:2
Qollar: Giqqz, 67, Runi, 69.
27 aprel
"Real Madrid" - "Barselona" 0:2
Qollar: Messi, 76, 87.
Yarımfinal
İlk oyun
26 aprel
"Şalke" - "Mançester Yunayted" 0:2
Qollar: Giqqz, 67, Runi, 69.
27 aprel
"Real Madrid" - "Barselona" 0:2
Qollar: Messi, 76, 87.
Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB