"İkinci qolu da vurub mərhələnin taleyini əvvəlcədən həll etməyə yaxın ola bilərdik”
"Xəzər Lənkəran"ın fiziki hazırlıq üzrə məşqçisi Mihay Teja komandanın "Bakı" ilə oyunundan razı qalıb. Siasport.az saytı xəbər verir ki, məşqçi oyunda 2-ci qolu da vuraraq mərhələnin taleyini həll etməyə yaxın olduqlarını bildirib: "Komandamız gözəl oyun nümayiş etdirdi, biz hətta ikinci qolu da vurub mərhələnin taleyini əvvəlcədən həll etməyə yaxın ola bilərdik". O, "Xəzər Lənkəran" azarkeşlərinə dərin minnətdarlığını bildirib: "Azarkeşlərimizin yaratdığı ab-havanı Avropa futbolunda olan ab-hava ilə müqayisə etmək olar. Ümid edirəm ki, bizə olan bu dəstək gələcəkdə də davam edəcək".
Öz növbəsində "Bakı"nın baş məşqçisi Aleksandr Starkov da komandasının oyunundan razı qalıb. "Fikrimcə bu gün əsl futbol bayramı idi - stadionda gözəl ab-hava, gözəl futbol var idi. Oyuna gəlincə deyə bilərəm ki, görüşün əvvəli bizim üçün çətin oldu. Ancaq mən öz oyunçularıma təşəkkürümü bildirirəm, çünki onlar yaxşı oynadılar və bir neçə qol vəziyyəti yaratdılar. Bu oyun heç-heçə və hətta qələbəmizlə də başa çata bilərdi. Biz başa düşürük ki, bu, mərhələnin ilk oyunudur və ona görə Bakıda keçiriləcək cavab görüşünə hazırlaşacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB