Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında V turun təqvimi müəyyənləşib. Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hesabat turunda kişilərdən ibarət əsas milli komandamız Hindistanla qarşılaşacaq. 4 turdan sonra hər iki komanda itkisiz irəliləyir. İkinci komandamız Türkmənistanla, üçüncü yığmamız isə Zimbabve ilə üz-üzə gələcək. Maraqlıdır ki, daha əvvəl Zimbabve əsas yığmamıza uduzub. Türkmənistan isə üçüncü millimizə qalib gəlib.
Qadınlardan ibarət əsas yığmamızın rəqibi Almaniya olacaq. İkinci millimiz İspaniyanı, üçüncü komandamız isə Özbəkistanı sınağa çəkəcək.
Qeyd edək ki, üçüncü turda qadınlardan ibarət ikinci komandamız Almaniya ilə heç-heçə oynayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB