Qazaxıstanın Astana şəhərində təşkil olunmuş \"Prezident kuboku\" turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci oyununu keçirib. Siasport.az saytı xəbər verir ki, qazaxıstanlı həmyaşıdları ilə qarşılaşan futbolçularımız 3:2 hesabı ilə qələbə qazanıb. Hesabı Ruslan Nəsirli açıb. Qurbanəli Əliyev yığmamızın üstünlüyünü 2 topa çatdırıb. Qazaxıstan yığması hesabı bərabərləşdirsə də, Ruslan Nəsirli daha bir qol vuraraq oyunun yekun nəticəsini müəyyənləşdirib.
Xatırladaq ki, yığmamız turnirdəki ilk oyunda İran komandasını 2:1 hesabı ilə məğlubiyyətə uğratmışdı.
Futbolçularımız qrupda son oyununu aprelin 29-da, Bakı vaxtı ilə saat 15:00-da Özbəkistan yığmasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB