Futbol üzrə DÇ-2018-in Avropa qitəsi üzrə seçmə mərhələnin ilk turunun oyunları davam edir. Dünən axşam daha üç qrupda matçlar keçirilib. Qardaş Türkiyənin millisi səfərdə Xorvatiya ilə görüşüb. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. FİFA və UEFA üzvlüyünə yeni qəbul olunan Kosovo millisi ilk dəfə olaraq dünən rəsmi səviyyədə birinci oyununa çıxıb. Kosovolular üçün bu tarixi matçdakı rəqib Finlandiya millisi olub. Oyun 1:1 hesabı ilə başa çatıb. Beləliklə, Kosova ilk rəsmi oyununda il qolunu vurub.
5 sentyabr
D qrupu
20:00. Gürcüstan – Avstriya - 1:2
Qollar: Hintereger, 16 (0:1), Yanko, 42 (0:2), Ananidze, 78 (1:2)
22:45. Uels - Moldova - 4:0
Qollar: Voks, 38, Allen, 44, Beyl, 51, 90+5-pen.
22:45. Serbiya – İrlandiya - 2:2
Qollar: Hendrik, 3 (0:1), Kostiç, 62 (1:1), Tadiç, 69 (2:1), Mörfi, 81 (2:2)
İ qrupu
22:45. Finlandiya – Kosovo - 1:1
Qol: Arajuuri, 16 (1:0), Berişa, 61-pen. (1:1)
22:45. Xorvatiya - Türkiyə - 1:1
Qollar: Rakitiç, 44 (1:0), Hakan Çalhanoğlu, 45+3 (1:1)
22:45. Ukrayna - İslandiya - 1:1
Qollar: Finnbogason, 6 (0:1), Yarmolenko, 41 (1:1)
G qrupu
22:45. İspaniya - Lixtenşteyn - 8:0
Qollar: Dieqo Kosta, 11, Roberto Serxi, 55, David Silva, 59, Vitolo, 60, Dieqo Kosta, 67, Morata, 82, 84, David Silva, 90+1
22:45. Albaniya – Makedoniya - 1:1 (yarımçıq dayandırılıb)
Qol: Sadiku, 9 (1:0), Alioski, 51 (1:1)
22:45. İsrail - İtaliya - 1:3
Qollar: Pelle, 14 (0:1), Kandreva, 31-pen (0:2), Ben-Xaim, 35 (1:2), İmmobile, 83 (1:3)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB