2012-ci ildə keçiriləcək London Olimpiadasına lisenziya verəcək döyüşlərdə iştirak edəcək Azərbaycan boksçuları - Soltan Migitinov (73 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində təlim-məşq toplanışı keçəcəklər. Sisport.az saytı xəbər verir ki, hər iki idmançı WSB liqasının fərdi reytinq cədvəlində ilk yerləri tutduqlarından Olimpiadaya vəsiqə uğrunda görüşdə iştirak etmək hüququ qazanıblar. Azərbaycan Boks Federasiyası Çinin Quanyanq şəhərində keçiriləcək döyüşlərin peşəkar qaydalara uyğun olacağını və qarşılaşmanın 7 raund davam edəcəyini nəzərə alaraq, yığmanın üzvlərini Mayamiyə göndərməyi məqsədə uyğun sayıb. Həmin şəhərdə peşəkar boksçuların əsas hazırlıq mərkəzlərindən biri yerləşir. Orada Amerikanın ən tanınmış boks mütəxəssisləri idmançılarımıza hazırlıq keçəcəklər. Migitinov və Məcidovla birgə, "Baku Fires" klubunun baş məşqçisi Həmzət Ağayev də ABŞ-a yollanacaq.
Qeyd edək ki, boksçularımız WSB liqasında mövsüm başlamamışdan öncə də bu şəhərdə toplanış keçmişdilər. Migitinov lisenziya uğrunda mayın 27-də ukraynalı Segey Derevyançenko, Məcidov isə ertəsi gün italiyalı Klemente Russo ilə döyüşəcək. Boksçularımız aprelin 27-də Bakını tərk ediblər və onlar ABŞ-dan birbaşa döyüşün keçiriləcəyi Çinə yollanacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB