Şahmat Olimpiadasının dördüncü turu keçirilib

Şahmat Olimpiadasının dördüncü turu keçirilib

"Baku Crystal Hall"da 42-ci Ümumdünya Şahmat Olimpiadasının dördüncü turu keçirilir. Mötəbər turnirin dördüncü günündə 42-ci Ümumdünya Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov "Bakı Crystal Hall"a gələrək yarışların keçirildiyi zala baxıb, şahmatçıların oyunlarını izləyib. Azərbaycanın kişi və qadın şahmatçılardan ibarət yığma komandalarının üzvləri ilə söhbət edən Yaqub Eyyubov onlara uğurlar arzulayıb.

Olimpiadanın dördüncü günündə Azərbaycanın kişilərdən ibarət əsas komandası Rumıniya yığması ilə qarşılaşır. İkinci komandamız əlil şahmatçılardan ibarət beynəlxalq komanda (İBCA) ilə gücünü sınayır. Azərbaycanın üçüncü yığması isə Türkmənistan ilə üz-üzə gəlir. Qadınlardan ibarət əsas komandamız dördüncü turda Rumıniya ilə qarşılaşır. İkinci millimiz İtaliya, üçüncü komandamız isə Braziliya ilə münasibətlərinə aydınlıq gətirir. Bakı Olimpiadasında rekord sayda komanda iştirak edir. Kişilərin turnirində 181, qadınların yarışlarında isə 142 milli komanda mükafatlar uğrunda mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə