Fatih Terim niyə milyonçu olmaq istəmir?

Fatih Terim niyə milyonçu olmaq istəmir?

Futbol üzrə Türkiyə milli komandasının keçmiş baş məşqçisi Fatih Terimə dünyanın bütün adlı-sanlı futbol mütəxəssisləri həsəd apara bilərlər. Siasport.az saytı xəbər verir ki, buna əsas səbəb "imperator"un ardı-arası kəsilmədən ən yüksək maliyyə şərtləri ilə təkliflər almasıdır. Yəni onun kimi dünyada ikinci bir baş məqşçi az tapmaq olar ki, bu dərəcədə yüksək qiymətləndirilsin və ilinə təxminən 10 milyon dollar civarında təkliflər ala bilsin. Bir müddət əvvəl bir neçə ərəb ölkəsindən milli komandada baş məqşçi olmaq təklifi alan F.Terim, bunları geri qaytardıqdan sonra, indi də Moskvanın "Spartak" klubundan və Birləşmiş Ərəb Əmirliklərinin "Əl -Əhli" klubundan da təkliflər qəbul edib. Rusiyalılar "imperator"a ildə 3 milyon avroluq maaş və üstəgəl 100 milyon avroluq transfer büdcəsi təklif edirlər. ərəb klubu isə ruslardan 1 milyon avro çox,- ilinə 4 milyon avro maaş vəd edirlər. Artıq F.Terimin bu təklifləri dəyərləndirmək üçün vaxt istədiyi də verilən məlumatlar sırasında yer alır.

Bütün xəbərlər Facebook səhifəmizdə