Bernd Şuster "Devortivo"nu çalışdıracaq

Bernd Şuster "Devortivo"nu çalışdıracaq

İstanbulun "Beşiktaş" futbol klubunun keçmiş baş məşqçisi Bernt Şuster özünə yeni iş yeri tapıb. Siasport.az saytı xəbər verir ki, böyük ümidlərlə İstanbul klubunun sükanı arxasına gətirilən alman mütəxəssis, alınan uğursuz nəticələrdən sonra istefa verməyə məcbur olmuşdu. Bir ara onun adı "Atletiko Madrid"lə hallandırılsa da, bu informasiyalar elə şayiə olaraq da qalmışdı. Amma İspaniyaya dönəndən sonra məlum olub ki, "ağ-qaralar"ın keçmiş çalışdırıcısı, "Deportivo"nun sükanı arxasına keçməklə bağlı bu klub rəhbərliyi tərəfindən ona ünvanlanan təklifi qəbul edib. İspaniyada "el turko" adlandırılan ispan təmsilçisi "Real"ın keçmiş baş məşqçisini "Deportivo"nun uğurları üçün çalışmağa dəvət edərək, onunla gələn mövsümdən uğurlu seriyaya başlamaq istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə