Hakimlər Komitəsi itirilmiş imicini bərpa etməyə çalışır. Daha başa düşmürlər ki, futbol ictimaiyyəti artıq bunlardan bezib. Artıq xalqın gözü açılıb. Hamı çox yaxşı başa düşür ki, istədiyinizi etmisiniz. Nə isə...
Oyunlarda hakimlərin səhvlərini (bilərəkdən, qərəzli, yaxud bilməyərəkdən) sığortalamaq üçün onalara qiymət yazan hakim-inspektorlara böyük ehtiyac var. Bu isə bir az təhlükəlidir. Çünki hakim-inspektor bir hakimə aşağı qiymət yazdığı təqdirdə həmin hakim cəzalanmalıdır. Bu isə çox hörmətli Xaqani Məmmədova sərf eləmir. Axı, onun istədiyi, daha aydın desək himayə etdiyi bəzi hakimlər aşağı qiymət alıb cəzalanırsa, bəs o zaman Məmmədovun istəklərini kim yerinə yetirəcək? Hə, bax bu zaman Xaqani müəllimin Gülağa Cabbarova ehtiyacı olur. Bu ağır və \"şərəfli\" iş Cabarovun üzərinə düşür.
Məmmədov birbaşa hansısa hakim-inspektora \"filan hakimə bir az yuxarı qiymət yaz, cəzalanmasın\" deyə bilmir. Yoxsa, Orucəli Durmuşov kimi birisi çıxıb deyəcək ki, \"Xaqani Məmmədov mənə Elnur Muradova yaxşı qiymət yazmağı tapşırdı\". Belə iddialara Məmmədov çətin cavab versin. Axı, verəcək bir cavab da yoxdur. Bunu yaxşı bilirik ki, hansı hakimlər Xaqani Məmmədova çox yaxındır. Elə bu səbəbdən də Hakimlər Komitəsinin içində qruplaşma yaranıb. Məmmədovun himayə etdikləri və \"vurmaq\" istədikləri...
Komitə sədrinin \"gözünün nuru\" olan Əfqan Həmzəyev elə ona görə də 6.8 bal alsa da təyinatı azalmır. Azalmaz da. Elə Həmzəyev də Məmmədovu çox istəyir, ona görə də ürək dolusu deyir: \"Xaqani Məmmədov xarici maşında gəzməlidir. Buyurun Xaqani müəllim, sizi ancaq özüm aparacam\". Düzdür, bu sözlərdən sonra bizim onun dediklərini eşidib güldüyümüzü görəndə, baxışları ilə sanki demək istəyirdi ki, \"Nəyə gülürsüz? Heç bilirsiz ki, mən bu qədər \"zibillərin\" altından çıxartdığı üçün Xaqani Məmmədova nə qədər borcluyam\"?.
Məmmədov Ceyhun Haşımova gecə 3-də belə zəng etsə, əmrinə müntəzirdir. Vüsal Əliyevlə də müəyyən müddət mehriban düşmənçilik edən sədr artıq onu da yaxın dostları sırasına qatıb. Ayrılmaz \"dördlük\" ən güclülərə qarşı sağlam rəqabət aparmaq əvəzinə, \"vurmağa\" çalışırlar. Bu, Xaqani Məmmədovun məşhur taktikasıdır. Vaxtilə, FİFA referisi Babək Quliyevi, Tahir Süleymanovu da eyni taktika ilə hakimlikdən uzaqlaşdırıb. Məqsəd, ən güclüləri və əmrinə müntəzir olmayanları \"vurmaq\"dır.
Xaqani bəyin \"qara siyahısı\"na isə bu dəfə Elçin Məmmədovla Anar Salmanov düşüb. Elçin Məmmədov son dövrlərdə demək olar ki, ciddi səhvlərə yol vermir. Hətta, çoxlarının fikrincə, hazırda ölkənin ən yaxşı hakimidir. Bu isə Xaqani müəllimə sərf eləmir. Elçin Məmmədovun belə sürətlə inkişafı görünür hakimbaşını qane etmir. Çünki, güclü hakimi asanlıqla hakimlikdən uzaqlaşdırmaq olmur. Uzalaşdırmaq üçün bir bəhanə olmalıdır.
Anar Salmanov isə hazırda Avropa miqyasında Babək Quliyevdən sonra ən çox irəliləmiş hakimdir. Bəs, Xaqani Məmmədov bunu istəyirmi?
Qayıdaq Gülağa Cabbarovla Xaqani Məmmədov işbirliyinə. Komitə sədrinin hakim oğlu Rauf Cabbarovun təyinatlarının azalmaması, hətta stadionda döyüldüyü zaman belə müdafiə olunması Xaqani Məmmədovun öhdəsinə düşür. Əvəzində isə Gülağa Cabbarov hakim-inspektorları bəzi hakimlərin idarə etdiyi oyunlara göndərərkən, Məmmədovla müzakirə etməlidir. Çünki istər I divizionda, istər əvəzedicilərin çempionatında, istərsə də Premyer Liqada oyun idarə edən bəzi hakimlərin aşağı qiymət almaması lazımdır. Bu işlərdə isə onlara kömək edən hakim-inspektorlar kimlərdir? Müəyyən araşdırmalardan sonra məlum oldu ki, aşağıda adları çəkilən hakim-inspektorlar Xaqani Məmmədov və Gülağa Cabbarov işbirliyinin ortaqlarıdır:
1. Səfər Haşımov
2. Kərim Ağayev
3. Rufulla Kərimov
4. Tofiq Şükürov
5. Əvəz Şıxıyev
6. Şahin Cəfərov
7. Salman Vəliyev
8. Rüfət Hüseynov
Hakimlər Komitəsindəki mənbənin verdiyi məlumatlara görə, bu şəxslər Gülağa Cabbarov və Xaqani Məmmədova çox yaxındır. Komitə sədrləri onları kənar təsirlərdən qoruyur, əvəzində sifarişlərini yerinə yetirdirlər.
İddialara görə, hakim-inspektorların söhbəti zamanı Salman Vəliyev özü deyib ki, Gülağa Cabbarovun evində və bağında canfəşanlıqla işləyir. Mənbənin sözlərinə görə, Vəliyev bildirib ki, Cabbarovun evində bütün santexnik və təsərrüfat işlərini o görür. Allah mehriban eləsin.
Amma bəzən elə də olur ki, bu siyahıdan kənar bir hakim-inspektor oyuna təyin olunur və gözlənilmədən şok qiymət yazır. Bu zaman isə aləm qarışır. Çünki, daima yüksək qiymətlər almağa öyrəşən bəzi hakimlər bunu qəbul etmək istəmirlər. Dərhal Xaqani Məmmədovun yanına qaçır və haqq-ədaləti üstün tutatarq ona aşağı qiymət yazmış hakim-inspektoru hədələməyə başlayır. \"Sən bir də təyinat üzü görərsən! Dəyiş yazdığın qiyməti, yoxsa başın ağrıyacaq!\" kimi sözlərlə hədələyirlər. Budu Xaqani Məmmədovun rəhbərlik etdiyi Hakimlər Komitəsi. Budu hakimlərimizin \"inkişaf\"ı, budu \"ədalətli\" hakim-inspektorlarımız...
Əgər bu məlumatların əksini iddia edirsinizsə, o zaman faktlarınızı açıq şəkildə cəmiyyətə təqdim edin. Hakimlərə yazılan qiymətlərin gizlədilməsi hansı məntiqə əsaslanır? Qiymətlərin açıqlanmasının hakimlərə psixoloji təsir etdiyini uyduran Xaqani Məmmədov guya onu başa düşmür ki, hakimlərin etdiyi biabırçılıqlar onsuz da mətbuat səhifələrində işıqlandırılır. Bəs, bu, hakimlərə psixoloji təsir etmirmi? Onsuz da hansı hakimin və hakim-inspektorun cəzalanmasından mətbuat xəbərsiz qalmır. Əgər düzgünlük istəyirsinizsə, hakimlərin səhvlərini və onlara hansı qiymətlərin yazıldığını (həmin qiymətin yazılmsının nəyə əsaslandığını) açıq şəkildə cəmiyyətə təqdim edin. O zaman cəsarətlə deyə bilərsiz ki, biz hakimlərimizin inkişafını istəyirik. Düzgünlük və şəffaflıq olmasına çalışırıq.
Araşdırmalarımız davam edir. Mövzuya qayıdacağıq...
P.S. Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
İlkin Vidadioğlu
Fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB