Futbol üzrə Almaniya milli komandasının baş məqşçisi Yoahim Löv özünün homoseksual olduğu barədə alman mətbuatında deyilənləri təkzib edib. Siasport.az saytı xəbər verir ki, məşhur \"Die Welt\" jurnalına şəxsi həyatı barədə məlumat verən Almaniya millisinin baş məşqçisi, parik taxması və əl barmaqlarını pedikür etməsi ilə bağlı deyilənləri cəfəngiyyat adlandırıb. Amma bəzi etiraflar da etməli olub. Sən demə Y.Löv barmaqlarını pedikür edirmiş. Amma parik taxması ilə bağlı deyilənləri yaxına da buraxmır:
\"Əgər mənə inanmırsınızsa gedin arvadımdan soruşun. O sizə doğrusunu deyəcək. Mənim başımdakı əsl saşlarımdır, parik deyil. barmaqlarımı isə, hə, pedikür edirəm. Bunda nəsə başqa məna da axtarmıram. Bədxahlarımız nə deyirlərsə, qoy desinlər, vecimə də deyil\"-deyə Y.Löv fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB