Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Naxçıvan Open-2011” beynəlxalq şahmat festivalında dördüncü turun qarşılaşmaları keçirilib

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Naxçıvan Open-2011” beynəlxalq şahmat festivalında dördüncü turun qarşılaşmaları keçirilib
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Naxçıvan Open-2011" beynəlxalq şahmat festivalında dördüncü turun qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, dörd turdan sonra "A" turnirində yarışan 54 şahmatçı arasında Zoltan Almaşi (Macarıstan), Fransisko Valyexo Pons (İspaniya), Sergey Volkov (Rusiya) və İvan Sokolov (Niderland) hərəyə 3,5 xal toplayıblar. Liderlərdən 7 şahmatçı, o cümlədən Azərbaycandan beynəlxalq qrossmeysterlər Qədir Hüseynov və Fərid Abbasov yarım xal geri qalırlar. Vasif Durarbəyli, Vüqar Rəsulov, Eltac Səfərli, Rəsul İbrahimov, Ülvi Bacarani, Xəyal Abdulla və Misrəddin İskəndərovun hərəyə 2,5 xalı var. 
"B" turnirində Vüsal Abbasov (Naxçıvan), Elvin Bayramov (Quba) və Ramil Cavadov (İsmayıllı) 4 mümkün xaldan hərəyə 4 xal toplayıblar. Cahangir Niftəliyev, Anar Əliəkbərov, Talıb Babayev, Aytac Əbdülrəhmanlı və Elxan Bayramovun isə hərəyə 3,5 xalı var. 
Beynəlxalq turnirin qalibləri mayın 1-də məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə