"Neftçi"ni arxasınca çempionluğa aparan Flavio Aleks Valensio - Flavinyo komandadan ayrıla bilər. Siasport.az saytı xəbər veirr ki, bu barədə stadium.az saytı xəbər yayımlayıb. Xəbərə görə, futbolçunun menecerinə yaxın olan mənbədən bildirilib ki, Prudento "Qremio"sundan 4 illiyinə icarəyə götürülən futbolçunun müqaviləsində boşluq varmış. Tərəflər arasında bağlanan müqavilədə elə bir boşluq varmış ki, "Qremio" istədiyi vaxt sözləşməni pozmaq hüququna malikdir. Flavinyonun "Neftçi"də uğurlu çıxışından xəbərdər olan braziliyalılar isə onu Bakı klubundan geri qaytarmaq niyyətindədirlər. Onlar futbolçunu sata da bilərlər. Mənbənin sözlərinə görə, "Neftçi" Flavio Aleks Valensionun azad transfer kağızını almaq üçün "Qremio"ya 700 min dollar ödəməlidir. Flavinyonun menecerinin yaxın dostu olan mənbə sözlərinə onu da əlavə edib ki, qarşı tərəf 700 mindən aşağı düşmək niyyətində deyil. Hələ üstəlik, futbolçu özü "Neftçi"də qalmağı qarşılığında da klub qarşısında şərt qoyub. Belə ki, Flavinyo klub rəhbərliyinə bildirib ki, "Qremio"yla razılığa gələrlərsə, ancaq 3 illik müqaviləyə imza ata bilər ki, bunun da qarşılığında 1.950 min dollar istəyir. Yəni Flavinyo "Neftçi"dən ilinə 650 min dollar tələb edir. Görünən də odur ki, "Neftçi" Flavio Aleks Valensionu alarsa, futbolçu kluba iki milyon altı yüz əlli min dolara başa gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB