"Qarabağ" "Bakı"yla oyunun hazırlıqlarına başlayır

"Qarabağ" "Bakı"yla oyunun hazırlıqlarına başlayır
"Qarabağ" klubu "Bakı"yla oyunun hazırlıqlarına başlayır. Siasport.az saytı xəbər verir ki, bazar günü baş tutan "İnter"lə mücadilənin ertəsi günü komanda bərpaedici məşqlə kifayətlənmişdi. Dünən isə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov futbolçulara istirahət vermişdi. Bu gündən paytaxt təmsilçisiylə oyunun hazırlığının aktiv hissəsinə start verilir. Bu günə komandanın məşq planında tək çalışma var. Saat 12-də komanda Suraxanı qəsəbə stadionunda tək məşqini edəcək. Sabaha isə "Qarabağ"ın 2 məşqi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə