Mayın 3-dən 27-dək Kazanda şahmat üzrə dünya çempionu adı uğrunda iddiaçıların görüşləri keçiriləcək. Siasport.az saytı xəbər verir ki, dünya çempionu adı uğrunda 8 ən güclü şahmatçı mübarizə aparacaq. Yarışların mükafat fondu 500 min avrodur. Rəsmi Bakı ilə əvvəlki danışıqlar nəzərə alınmaqla, Azərbaycan nominantının saxlanılması qərara alınmışdır. Bu qrossmeyster Şəhriyar Məmmədyarovdur. Onunla birlikdə 8 iddiaçı sırasına Veselin Topalov (Bolqarıstan), Teymur Rəcəbov (Azərbaycan), Maqnus Karlsen (Norveç), Vladimir Kramnik (Rusiya), Levon Aronyan (Ermənistan), Boris Gelfand (İsrail) və Qata Kamski (ABŞ) daxildirlər. İddiaçıların yarışlarının birinci mərhələsində Topalov–Kamski, Kramnik–Rəcəbov, Aronyan–Qrişuk, Gelfand–Məmmədyarov cütlükləri qarşılaşacaqlar. Xəbər verilir ki, ilk görüşlərdə şahmatçıların hansı fiqurlarla oynaması yarışların açılışı günü müəyyənləşdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB