Sentyabrın 4-də "Baku Crystal Hall"da 42-ci Ümumdünya Şahmat Olimpiadasının üçüncü turu keçirilib. Olimpiadanın üçüncü turunda kişilərin yarışında Azərbaycanın birinci komandası Macarıstana 3:1 hesabı ilə qalib gəlib. İkinci komandamız 1:3 hesabı ilə məğlub olub. Üçüncü komandamız isə livanlı rəqibləri üzərində təmiz qələbə qazanıblar. Qadınların yarışında isə Azərbaycanın birinci komandası Polşa üzərində 2,5:1,5 hesabı ilə qələbə qazanıb. İkinci komanda Almaniya yığması ilə sülh bağlayıb. Üçüncü komandamız isə Qırğızıstanı 4:0 hesabı ilə məğlub edib.
Xatırladaq ki, Olimpiadada rekord sayda komanda iştirak edir. Kişilərin turnirində 181, qadınların yarışında isə 142 milli komanda mübarizə aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB