Həmyerlilərimiz Rusiya turnirlərində medallar qazanırlar

Həmyerlilərimiz Rusiya turnirlərində medallar qazanırlar

Apatit şəhərində 1996-1997-ci illərdə anadan olmuş gənclər arasında boks üzrə Rusiya Federasiyası Murmansk vilayətinin birinciliyi keçirilib. Siasport.az saytı xəbər verir ki, qaliblər arasında 43 kiloqrama qədər çəki dərəcəsində yarışlarda iştirak edən həmyerlimiz Fuad Cəfərov da var. Bu günlərdə 1994-1995-ci illərdə anadan olmuş gənclər arasında boks üzrə Rusiya Federasiyasının Şimal-Qərb federal dairəsinin birinciliyi də təşkil edilib. Turnir ənənəvi olaraq çox güclü heyəti ilə fərqlənirdi: on region yarışlara ən yaxşı idmançılarıı göndərmişdi. Onların bir çoxu Rusiya və Avropa birinciliklərinin qalibləri və mükafatçılarıdır. Federal dairəni təmsil edən 8 boksçudan yalnız 3-ü bürünc medal qazanıb. Onların arasında 46 kiloqram çəki dərəcəsində yarışlarda iştirak edən həmyerlimiz Şəmsəddin Ağasiyev də vardır.

Bütün xəbərlər Facebook səhifəmizdə