Dimitar Berbatov karyerasını “A” seriyasında davam etdirəcək

Dimitar Berbatov karyerasını “A” seriyasında davam etdirəcək

"Mançester Yunayted"in keçmiş hücumçusu Dimitar Berbatov karyerasını İtaliyada davam etdirməyə yaxındır. Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bolqarıstanlı hücumçu hazırda "Palermo" ilə danışıqlar aparır. Azad agent olan Berbatov "A" seriyasında çıxış etməkdə maraqlıdır. Qeyd edək ki, son olaraq PAOK-da forma geyən 35 yaşlı forvard Yunanıstan çempionatında meydana çıxdığı 17 oyunda 4 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə