Pnevmatik güllə atıcılığı üzrə respublika birinciliyinin final mərhələsinə yekun vurulub
Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı və Səbail Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə "Qarabağ uğrunda qələbə naminə" devizi altında keçirilən pnevmatik güllə atıcılığı üzrə respublika birinciliyinin final mərhələsinin qaliblər müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, 132-134 saylı Təhsil Kompleksində keçirilən turnirdə Bakı şəhəri və respublikanın digər rayonlarını təmsil edən 9 komanda iştirak edib. İlk dəfə olaraq bu yarışlarda kiçikçaplı snayper silahlarından istifadə olunub. Birinci yerə İsmayıllı rayonunun komandası, şəxsi yarışlarda isə Şəhriyar Məmmədli çıxıb.
Bağlanış mərasimində rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov və Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu yarışın əhəmiyyətini, onun gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmlənməsində rolunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB