Joze Maurinyo "Real"a niyə tüpürüb?

Joze Maurinyo "Real"a niyə tüpürüb?

Sən demə Joze Maurinyo "Real"a tüpürübmüş. Siasport.az saytı xəbər verir ki, Kral klubunun prezidenti Florenso Peresin portuqaliyalı mütəxəssisi mövsümün ortalarında klubdan qovmaq istəməsinin əsl səbəbi elə bununla bağlı olub. "El Pais" qəzeti yazır ki, İspaniya çempionatının 16-cı turunda "Sevilya" ilə keçirilən qarşılaşmanın ilk yarısından sonra hakimlərin "Real"ı sıxışdırdığını bəhanə edən portuqaliyalı futbol mütəxəssisi, soyunub-geyinmə otağında "Real"ın rəsmilərinə üz tutaraq, bu klubun heç də dünyanın ən böyük klub olmadığını və belə kluba tüpürmək istədiyini açıqca dilə gətirib: "Deyirsiniz ki, bu, dünyanın ən böyük klubudur. Amma bu, belə deyil! Tüpürüm belə böyüklüyə! İndi gedin bu sözlərimi prezidentə də çatdırın!"

Bütün xəbərlər Facebook səhifəmizdə