Olimpiadanın üçüncü turuna start verilib

Olimpiadanın üçüncü turuna start verilib

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında üçüncü tura start verilib. SİA-nın məlumatına görə, Azərbaycanın kişilərdən ibarət əsas millisi Macarıstan, ikinci yığmamız Hindistan, üçüncü komandamız Livan şahmatçıları ilə yarışır. Qadınlardan ibarət komandalarımızın rəqibləri Polşa, Almaniya və Qırğızıstan şahmatçılarıdır.

Qeyd edək ki, iki turdan sonra hesabında 4 xal olan kişilərdən ibarət birinci komandamız Rusiya və Polşa ilə 1-3-cü yerləri bölüşür. Qadınların mübarizəsində Çin, Rusiya və Litva 4 xalla liderlər sırasındadır. Qadınlardan ibarət əsas komandamız isə turnir cədvəlinin 19-cu pilləsində yer alır.

Bütün xəbərlər Facebook səhifəmizdə