Şvaynştayger Mourinyonun “qara siyahısına” düşdü...

Şvaynştayger Mourinyonun “qara siyahısına” düşdü...

"Mançester Yunayted"in UEFA Avropa Liqasının qrup mərhələsi üçün heyəti açıqlanıb. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, baş məşqçi Joze Mourinyo 27 futbolçuya etimad göstərib. Portuqaliyalı mütəxəssis gözlənildiyi kimi Bastian Şvaynştaygeri heyətdə görmək istəməyib.

Qeyd edək ki, ötən il 9 milyon avroya "Mançester Yunayted"ə tranfer olunan Şvaynştaygerin klubla müqaviləsi 2018-ci ilin iyununda başa çatır. Joze Mourinyo dəfərlərlə onu heyətdə görmək istəmədiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə