"Xəzər Lənkəran"ın kapitanı və Azərbaycan millisinin qapıçısı Kamran Ağayev legioner həyatına başlaya bilər. Siasport.az saytı ANS-ə istinadən xəbər verir ki, futbolçu ilə Almaniyanın "Ayntraxt" klubu maraqlanır. Amma Kamranın daöz şərtləri var ki, bunlardan da birincisi "Ayntraxt"ın növbəti mövsümdə də Almaniya Bundesliqasında çıxış etməsidir. Futbolçu İngiltərə və İspaniya klublarından da təklif aldığını bildirib: "Transfer təklifləri çox olub. Ancaq bunların heç də hamısı real təklif olmur. Sadəcə şayiə xarakteri daşıyır. Mən həmişə iddialı kluba getmək istəmişəm. Mənə İngiltərə və İspaniya klublarından da çoxlu təkliflər gəlib. Ancaq bu klublar II, III liqa təmsilçiləri olub. Belə klublara transfer olunmaqdansa, "Xəzər Lənkəran"da qalmağı üstün tutmuşam. Çoxları da bu amilə görə mənə özündən razı kimi baxıb. Ancaq əslində belə deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB