"Bavariya"nın baş məşqçisi Karlo Ançelotti futbol üzrə UEFA Çempionlar Liqasının 2016/2017 mövsümü üçün favoritlərinin adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 57 yaşlı italiyalı mütəxəssis çempionluq yarışının 7 klub arasında gedəcəyini bildirib. Ançelottinin sözlərinə görə, "Bavariya", həmçinin 3 İspaniya təmsilçisi – "Real", "Barselona" və "Atletiko" Çempionlar Liqasının qalibi olmaq gücündədi. O, fovaritlərin siyahısına "Yuventus", "Mançester Siti" və PSJ-nin də adını əlavə edib.
Qeyd edək ki, "Bavariya" UEFA Çempionlar Liqasının qrup mərhələsində "Atletiko", PSV və "Rostov"a rəqibdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB