"Qalatasaray" ulduz toplusuna çevrilir?

"Qalatasaray" ulduz toplusuna çevrilir?

İstanbulun "Qalatasaray" futbol klubunda mayın 14-də keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca, İstanbul klubunun prezidenti olmağa ən real namizəd hesab olunan 70 yaşlı məşhur iş adamı Ünal Aysal, bir sıra xarici futbolçuları indidən "gözardı" edib. Siasport.az saytı xəbər verir ki, prezident seçiləcəyi təqdirdə İtaliyanın "İnter" klubunun forvardı Etoonu "Qalatasaray"a gətirəcəyini söz verən Ü.Aysalla yanaşı, onun "cim-bom"un baş məşqçisi postuna gətirmək istədiyi Fatih Terim də "Arsenal"da top qovan Andrey Arşavini, belçikalı futbol mütəxəssisi Erik Gerets isə İstanbul klubuna "Benfika"nın 1.92 santimetr boya malik olan forvardı Oskar Kardoza və Adil Hermcla gəlməyi düşünür. Belə görünür ki, mayın 14-də keçiriləcək prezident seçkilərində Ü.Aysal qalib gəlsə, onda "Qalatasaray"a ulduz "yağışı yağacaq."

Bütün xəbərlər Facebook səhifəmizdə