Voleybol üzrə Super Liqa yarışlarının “Dördlər finalı”nın ikinci turu keçiriləcək

Voleybol üzrə Super Liqa yarışlarının “Dördlər finalı”nın ikinci turu keçiriləcək
Aprelin 27-29-da qadın voleybol komandaları arasında Super Liqa yarışlarının "Dördlər finalı"nın ikinci turu keçiriləcək. Siasport.az saytı xəbər verir ki, Masallı Olimpiya İdman Kompleksində keçiriləcək turnirdə "Rabitə", "Azərreyl", "Lokomotiv" və "İqtisadçı" klubları mübarizə aparacaqlar. 
Xatırladaq ki, "Dördlər finalı"nın ilk turu Mingəçevirdəki "Kür" İdman Təlim-Tədris Mərkəzində keçirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə