Baş məşqçiyə 5 oyunluq cəza verildi

Baş məşqçiyə 5 oyunluq cəza verildi
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:
23 aprel 2011-ci il tarixində XIX Azərbaycan Premyer Liqasının XXVIII turunun "Neftçi" – "Bakı" matçında "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (min) manat cərimə olunur (maddə 40).
23 aprel 2011-ci il tarixində XIX AzərbaycanPremyer Liqasının XXVIII turunun "Xəzər-Lənkəran" – AZAL matçının 24-cü və 84-cü dəqiqələrində "Xəzər-Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur (maddə 53).
24 aprel 2011-ci il tarixində XIX Azərbaycan Premyer Liqasının XXVIII turunun "Gəncə" – "Turan" matçında "Gəncə" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (min) manat cərimə olunur (maddə 40). Oyunun 81-ci dəqiqəsində "Turan" klubunun baş məşqçisi Naci Şensoy hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün baş məşqçi 5 oyunluq cəzalanır, klub 5000 (beş min) manat cərimə olunur (maddə 42.4).
23 aprel 2011-ci il tarixində I divizionun XXIII turunun "Şuşa" – "Bakılı" matçının 55-ci dəqiqəsində "Şuşa" klubunun 27 №-li futbolçusu Əliağa Hüseynpur kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 (iyirmi) manat cərimə olunur (maddə 48).
23 aprel 2011-ci il tarixində I divizionun XXIII turunun "Sumqayıt" – "Şəmkir" matçının 55-ci dəqiqəsində "Şəmkir" klubunun 19 №-li futbolçusu Bəxtiyar Fəzail hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır klub 400 (dörd yüz) manat cərimə olunur (maddə 42.3).
24 aprel 2011-ci il tarixində I divizionun XXIII turunun "Neftçi" İSM – "Neftçala" matçının 45+1-ci dəqiqəsində "Neftçala" klubunun 5 №-li futbolçusu Ənüşrəvan Ağazadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır klub 400 (dörd yüz) manat cərimə olunur (maddə 42.3). Oyunun 45+1-ci dəqiqəsində "Neftçala" klubunun 11 №-li futbolçusu Ülvi Səfiyaroğlu hakimə fiziki təsir göstərməyə cəhd etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 5 oyunluq cəzalanır, klub 500 (beş yüz) manat cərimə olunur (maddə 37.5).
22 aprel 2011-ci il tarixində "Azercell U-17 Liqa"nın ROİL – "Qəbələ" matçının 57-ci dəqiqəsində "Qəbələ" klubunun 14 №-li futbolçusu Murad Musayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
19 aprel 2011-ci il tarixində "Azercell U-17 Liqa"nın "Turan"– MOİK matçında MOİK klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 57).
22 aprel 2011-ci il tarixində "Azercell U-17 Liqa"nın "Bakı"– "Simurq" matçında "Simurq" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 57).
22 aprel 2011-ci il tarixində "Azercell U-17 Liqa"nın MOİK –"Neftçi" matçında MOİK klubu oyunu keçirmək üçün meydança ilə təmin etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 57).
20 aprel 2011-ci il tarixində U-14 Liqasının "Sumqayıt" – ROİL matçının 48-ci dəqiqəsində ROİL klubunun 22 №-li futbolçusu Vüsal Mikayılov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
20 aprel 2011-ci il tarixində futzal üzrə Azərbaycan kubokunun DST – "Baku Siti" matçının 2-ci dəqiqəsində DST klubunun 11 №-li futzalçısı Ayaz Həmzəyevlə "Baku Siti" klubunun 8 №-li futzalçısı Cavid Qədimov bir-birini təhqir etdiklərinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futzalçı 3 oyunluq cəzalanır (maddə 42.1). Oyunun 33-cü dəqiqəsində DST klubunun 3 №-li futzalçısı Rüfət Rzayev simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futzalçı 1 oyunluq cəzalanır (maddə 48).
24 aprel 2011-ci il tarixində futzal üzrə Azərbaycan birinciliyinin EURO ABM – "Baku Fire" matçının 21-ci dəqiqəsində "Baku Fire" klubunun 5 №-li futzalçısı Elgün Nəcəfov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futzalçı 1 oyunluq cəzalanır (maddə 48).

Bütün xəbərlər Facebook səhifəmizdə