Ulu öndər Heydər Əliyevin xatirəsinə hərs olunmuş voleybol turnirində finalçılar məlum oldu-FOTOSESSİYA

Ulu öndər Heydər Əliyevin xatirəsinə hərs olunmuş voleybol turnirində finalçılar məlum oldu-FOTOSESSİYA

Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş  media nümayəndələri arasında voleybol turnirinin finalçıları məlum olub. Siasport.az saytı xəbər verir ki, "Səs", "İki Sahil" və "Yeni Azərbaycan" qəzetlərinin təşkilatçılığı, "Azərfon" MMC-nin maliyyə dəstəyi ilə keçirlən yarışın yarımfinal mərhələsində ilk olaraq SİA və Səs TV-nin birləşmiş komandası ilə "Mövqe" qəzetinin komandası qarşılaşıb. Gərgin keçən oyunda SİA və Səs TV-nin birləşmiş komandası 2:1 hesabı ilə qələbə qazanıb və finala çıxıb.

Daha sonra isə AzərTAc  və "Xalq qəzeti"nin komandları üz-üzə gəliblər.

Bu oyundan isə 2:0 hesabı ilə AzərTAc qalib ayrılıb. Bu isə o deməkdir ki, finalda SİA və Səs TV-nin birləşmiş komandası ilə AzərTAc mübarizə aparacaq.

Final

SİA+Səs TV – AzərTAc

III yer uğrunda görüş

"Mövqe" – "Xalq qəzeti"

Final oyunlarının keçirilmə vaxtı barədə təşkilatçılar məlumat verəcəklər.

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"




Bütün xəbərlər Facebook səhifəmizdə