Fernando Torres özünü xoşbəxt hiss edir

Fernando Torres özünü xoşbəxt hiss edir
Mövsümlərarası dövrdə İngiltərənin \"Liverpul\" futbol klubundan bu ölkənin digər bir nəhəng futbol klubu sayılan \"Çelsi\"yə transfer olunan ispaniyalı futbol ulduzu Fernando Torres, indi özünü dünyanın ən xoşbəxt adamı sayır. Siasport.az saytı xəbər verir ki, əslində futbolçunun bu sevinc hissi səbəbsiz də deyil. \"Zadəganlara\" transfer olunduğu gündən heç cürə rəqib qapılarına yol tapa bilməyən futbolçu, bununla həm də ona ümid bəsləyən insanların inancını itirdiyini hiss edərək, bindan pərişanlıq hissi keçiridi. Amma artıq bu hisslər arxada qalıb və F.Torres, necə deyərlər \"şeytanın qıçını\" sındıraraq rəqib qapılarına yol tap bilib. \"Çelsi\"nin heyətində \"Vest Hem\"ə qarşı keçirilən son qarşılaşmada ilk qoluna imza atan F.Torres, artıq var qüvvəsi ilə \"Çelsi\"nin heyətində möhkəmlənmək üçün çalışacağını dilə gətirib:
\"Bu hissi duymaq üçün mən aylardır ki, həsrətlə gözləyirəm. İndi dünyanın ən xoşbəxt insanı mənəm. Qol hesbını açmaqla, artıq bunun ardını gətirməyə və özümü isbatlamağa çalışacam. Bununla həm də özümə olan güvnc hissimi də geri qaytardım. Bütün futbolçu yoldaşlarıma və baş məşqçimizə mənə göstərdikləri dəstəyə görə minnətdaram\".

Bütün xəbərlər Facebook səhifəmizdə