"Beşiktaş" xal itirdi, Nihat Quaresmaya və jurnalistlərə hücum etdi!

"Beşiktaş" xal itirdi, Nihat Quaresmaya və jurnalistlərə hücum etdi!

Dünən rəqib meydanında "Konyaspor"la keçirdiyi səfər qarşılaşmasında qollu heç-heçəyə qalan İstanbulun "Beşiktaş" futbol klubu, bununla da daha bir oyunda iki xal itirərək, əslində çempionluq bir yana, heç olmazsa Avropa Liqasına çıxmaq şansını da çətinə saldı. Siasport.az saytı xəbər verir ki, bu gedişlə qarşıdakı Türkiyə Kubokunun finalında da məğlubiyyət acısı yaşasa, "qara qartal"ın Avropa sevdası elə sevda olaraq qalacaq. Amma "Beşiktaş"dakılar təkcə iki xalın itirilməsinə əsəbiləşməyiblər. Klubun ulduz futbolçularından olan Nihat Kahveçi, futbol meydanında və oyundan sonra etdiyi hərəkətlərlə, hər kəsi pərişan etdi. Əvvəlcə ona ötürmə vermədiyinə görə portuqaliyalı ulduz futbolçu Quaresmanı hədələyən N.Kahveçi, qarşılaşmadan sonra jurnalistlərdən birinə fiziki zərbələr endirərək onu təhqir edib. Araya girən "Beşiktaş" təmsilçiləri onu sakitləşdirməyə çalışsalar da, əvəzində heç nə alınmayıb. İstanbul klubunun futbol şöbəsinin müdiri Serdar Adalı isə döyülən jurnalisti sakitləşdirərək bidlirib ki, mövsümün sonuna 4 qarşılaşma qalıb. Mövsüm bitən kimi N.Kahveçinin məsələsi "həll olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə