Lökbatan qəsəbəsində (Hocahəsən yolu) Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kişilər arasında 125 sm3, 250 sm3 həcmli motosikletlərdə motokross üzrə Bakı şəhər çempionatı keçirilib. Siasport.az saytı xəbər verir ki, çempionatda Motosiklet İdman Federasiyasını təmsil edən 27 idmançı iştirak edib.
Gərgin gedən mübarizədən 125 sm3 həcmli motosikletlərdə 1-ci yerə Namiq Mustafayev, 2-ci yerə Məhəmməd Ağamalıyev, 3-cü yerə Nail Mustafayev, 250 sm3 həcmli motosikletlərdə isə 1-ci yerə Vaqif Əhmədov, 2-ci yerə Rüfət Nəzərov, 3-cü yerə İlqar Bəşirov layiq görülüb.
Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB