Çempionlar Kuboku uğrunda turnirində hokkeyçilərimiz uğursuz çıxış etdilər
Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət "Atasport" klubu Avropanın Çempionlar Kuboku uğrunda turnirində sonuncu oyununu keçirib. Siasport.az saytı xəbər verir ki, təəssüf ki, bu mövsümdə qızlarımız son 6 ildə mümkün olmayanı ediblər. Yəni ötən il həmin yarışın II mərhələsində də qalib gələrək "dörlər finalına" vəsiqə qazanan "Atasport" bu dəfə heç 2-ci mərhələyə də çıxa bilməyib. "D" qrupunda mübarizə aparan hokkeyçilərimiz ilk görüşdə İngiltərənin "Sloug", növbəti oyunda isə Hollandiyanın "Larense" klublarına eyni hesabla (0:2) məğlub olaraq təsəlliverici oyunda elitanı tərk etməmək üçün "C" qrupunun uğursuz iştirakçısı "Volqa Telekom"(Rusiya) komandası il qarşılaşıb. Gözlədiklərimizin əksinə olaraq bu matç da qadın hokkeyçilərimiz üçün o qədər ürəkaçan alınmayıb. İlk hissədə heç-heçə (2:2) oynayan rəqiblər fasilədən sonra prinsipial məsələyə aydınlıq gətiriblər. İkinci hissədə daha 3 cavabsız qol vuran "Atasport" 5:2 hesalı qələbə qazanmaqla qitənin 12 ən güclü klubu sırasındakı yerini mühafizə edib.
Beləliklə, hokkeyçilərimiz mükafatsız qalsalar da elitada qalmaqlarına seviniblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB