Mirça Rednikin Lənkərandakı ilk darmadağını-STATİSTİKA

Mirça Rednikin Lənkərandakı ilk darmadağını-STATİSTİKA
Azərbaycan Premyer Liqasının XXVIII turu "Xəzər Lənkəran" üçün növbəti böyük hesablı qələbə ilə əlamətdar olub. Siasport.az saytı xəbər verir ki, komanda mövsümdə 2-ci dəfə rəqibini 3 top fərqi ilə məğlub edə bilib. Mirça Rednikin baş məşqçi postuna keçməsindən sonra ilk "qurbanı" MOİK olan komanda yenə paytaxt təmsilçisini, lakin bu dəfə AZAL-ı üstələyib.
 
Çempionatın 5-ci turunun MOİK-lə görüşündə olduğu kimi yenə hesab 3:0 olub. Ötən il sentyabrın 12-dəki həmin zəfərdən sonra azarkeşlər 223 gün idi ki, belə qələbənin intizarında idi. Bu müddətdə 25 rəsmi matça çıxan futbolçular 3 və ya daha çox top fərqi ilə qalib gələ bilmirdi.
 
MOİK-lə qarşılaşma AZAL-la olduğu kimi ev oyunu olsa da həmin matç Suraxanı qəsəbə stadionunda keçirilmişdi. Bu isə o deməkdir ki, Lənkərandakı son böyük hesablı qələbə daha əvvəl baş verib. Bu, ötən mövsümün gedişində qeydə alınıb. Final mərhələsinin "ilk altılığ"ının I turunda "Qəbələ" ilə görüşən cənub təmsilçisi 4:1 hesabına sevinmişdi. Martın 12-dəki həmin zəfərdən sonra lənkəranlı azarkeşlər növbəti böyük hesablı qələbəni 407 gün gözləməli oldular. Bu qələbə Rednikin Lənkəranda ilk böyük hesablı qələbəsidir.
 
Qeyd edək ki, cari mövsüm çempionatda 2-ci belə qələbəsini qazanan "Xəzər Lənkəran" iştirak etdiyi bütün çempionatlarda ən azı 1 böyük hesablı qələbə qazanıb.
2004/05 - 8
2005/06 - 1
2006/07 - 6
2007/08 - 5
2008/09 - 5
2009/10 - 4
2010/11 - 2
Cəmi - 31
 
Bundan başqa "Xəzər Lənkəran" ölkə kubokunda da 10 böyük hesablı qələbə qazanıb:
2004/05 - 0
2005/06 - 2
2006/07 - 3
2007/0/8 - 3
2008/09 - 2
2009/10 - 0
2010/11 - 0
 
İndiyəqədərki "qurbanlar" arasında heç vaxt AZAL olmamışdı. Bu, "təyyarəçilər"lə görüşlərdəki ilk darmadağındır.

Bütün xəbərlər Facebook səhifəmizdə